BAKI, AzerVoice
BMT, Rusiya və Ukrayna arasında İstanbulda keçirilən birbaşa danışıqları alqışlayıb.
AzerVoice xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün müavini Stefani Trembl jurnalistlərə açıqlama verib.
“Biz bu gün keçirilmiş danışıqları, xüsusilə də mümkün atəşkəs və genişmiqyaslı əsir mübadiləsinin müzakirə olunmasını alqışlayırıq. Bunlar son üç ildə keçirilən ilk birbaşa danışıqlardır. Türkiyə və ABŞ-ın bu danışıqlara verdiyi əhəmiyyətli töhfəni qeyd edirik. Ümid edirik ki, bu proses Ukraynada tam və şərtsiz atəşkəsin əldə olunmasına gətirib çıxaracaq. Bu da öz növbəsində BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və aidiyyəti BMT qətnamələrinə uyğun şəkildə ədalətli, hərtərəfli və davamlı sülhün təmin olunması üçün əsas şərt olacaq. Bu məqsədə çatmaq naminə göstərilən bütün ciddi səyləri dəstəkləməyə hazırıq"– deyə, açıqlamada bildirilib.