BAKI, AzerVoice
Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqları yekunlaşıb.
AzerVoice xəbər verir ki, tərəflər arasında müzakirələr təxminən iki saat davam edib.
Danışıqların başlanğıcında Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxışı edib. O, çıxışında qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yeganə çıxış yoludur. Fidan görüşə rəsmi start verdikdən sonra da danışıqlar zalında qalıb.
Qeyd edək ki, bu, Rusiya ilə Ukrayna arasında birbaşa təmas formatında yeni diplomatik təşəbbüslərdən biri kimi qiymətləndirilir. Danışıqlarla bağlı əlavə detalların yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.