BAKI,
AzerVoice
“İtaliya 5 min türkün viza görüşünü ləğv etdi” iddiası
manipulyasiyadır.
AzerVoice xəbər verir ki, Türkiyə
Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi
(DMM) bəzi media qurumları və sosial şəbəkələrdə yayılan “Ərdoğan
viza sadələşdirilməsini istədi, İtaliya 5 min türkün viza görüşünü
ləğv etdi” başlıqlı xəbərlərin həqiqəti əks etdirmədiyini
bildirib.
Mərkəzin açıqlamasında qeyd olunub ki, İtaliyanın İstanbuldakı Baş Konsulluğunun viza sistemində texniki nasazlıq yaranıb və bu səbəbdən səlahiyyətli orqanlar ehtiyat tədbiri olaraq bəzi görüşləri ləğv edib. Bu qərarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İtaliyaya səfəri ilə və ya onun səfər zamanı verdiyi açıqlamalarla heç bir əlaqəsi yoxdur.
DMM ictimaiyyəti dezinformasiyalara qarşı diqqətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırır.