Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Talibanın İŞİD-lə döyüşü xarici əməkdaşlığa qapı açır

    5 Oktyabr 2024 22:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Taliban hökuməti üç il əvvəl beynəlxalq ictimaiyyətə meydan oxuyaraq yenidən hakimiyyətə gəldikdən sonra, qazandıqdan sonra İŞİD terror təşkilatının fərqli qolu ola,  Xorasan İslam Dövlətinin  (XİD)hücumları ilə üzləşib.

    AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Taliban tərəfindən Xorasançılara qarşı müqavimət artsa da onlar hələ də aktual və potensial terror yuvası olaraq qalırlar.  Son olaraq İŞİD-in yeni qolunun ( bir çox eksperlərə görə, əslində İŞİD-in özünün) mart ayında Moskva konsert salonunda 140-dan çox öldürməsinə şahid olduq. Yanvarda XİD İranda törətdiyi partlayışda 90-dan çox insan həlak olub.

    Təhdidlə  (terrorla) mübarizə Qərb dövlətləri ilə qadınların hüquqlarını boğan İslam qanunlarına sərt baxışı diplomatik əlaqələri böyük ölçüdə boğan Taliban hökuməti arasında nadir razılaşma nöqtəsidir.

    Beynəlxalq Böhran Qrupundan Qrem Smit AFP-yə deyib ki, “Qərb kəşfiyyat rəsmiləri deyiblər ki, Talibanla İŞİD-ə qarşı əməkdaşlıq davam edir, o cümlədən Talibana terrorçulara qarşı ölümcül tədbirlər görməyə imkan verən hədəf məlumatlarının paylaşılması olduqca vacibdir”

    Talibanın amansız idarəçiliyindən şikayət edən və eyni zamanda Taliban ilə terrora qarşı birgə səy gösrtərən Qərb dövlətləri ciddi  fikir böhranı içindədirlər.

     XİD 2015-ci ildə yaradılıb və qlobal İslam “xilafəti” qurmaq ambisiyaları olan Yaxın Şərq sünni ekstremist qrupunun qoludur.

    Üç il əvvəl ABŞ-ın rəhbərlik etdiyi qüvvələri devirdikdən sonra Taliban hökuməti təhlükəsizliyi ən yüksək prioritet elan etdi və xarici hücumları planlaşdıran yaraqlıların kökünün kəsiləcəyinə söz verdi.

    Lakin Taliban ələ keçirən zaman böyük bir hərbi texnika ehtiyatı ələ keçirsə də, analitiklər kəşfiyyat məlumatlarının toplanmasındakı texnoloji çatışmazlıqlar səbəbindən XİD –in kökünü kəsə biləcəklərinə şübhə edirlər.
    Belə ki, bir çox siyasi ejpertlər hesab edirlər ki, Talibanın edə biləcəyi işlərdə məhdudiyyətlər var.

    2023-cü ilin martından 2024-cü ilin martına qədər XİD doqquz ölkədə 21 beynəlxalq hücum planlaşdırıb.

    BMT Təhlükəsizlik Şurasının 2023-cü il hesabatında deyilir ki, “Taliban XİD ilə effektiv mübarizə üçün kəşfiyyat və maddi-texniki dəstək istəyib” və özünü terrorla mübarizə üzrə tərəfdaş kimi təqdim edib.

    May ayında Əfqanıstanda XİD silahlı hücumu nəticəsində üçü ispan turist də daxil olmaqla altı nəfər həlak olmuşdu. Keçən ay qrup daha iki hücumu öz üzərinə götürdü və ümumilikdə 20 nəfəri öldürdü.

    Lakin onların ən ölümcül zərbələri İranda, sonra isə dörd silahlının Crocus City Hall binasını mühasirəyə aldığı Moskvada olub.

    Analitiklərin fikrincə, silahlılar əsasən taciklərdir – Əfqanıstanla həmsərhəd olan Mərkəzi Asiya ölkələri arasında XİD  tərəfdarlarının artması, xüsusilə Rusiya üçün təhlükəni artırır.

    Moskva bundan sonra Taliban hökumətini qanundankənar qruplar siyahısından çıxaracağını bildirib. Lakin bu heç də dünyada Talibana baxışı dəyişdirmir.

    Belə ki, Talibanın 11 sentyabr hücumlarını həyata keçirən Əl-Qaidə ilə, eləcə də İslamabadı hədəf alan Pakistan Talibanı ilə əlaqələri  bu prossesi mürəkkəbləşdirir.

    Talibanın İŞİD-lə döyüşü xarici əməkdaşlığa qapı açır
    #İŞİD terror təşkilatı #Taliban
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb

    24 Yanvar 2026 09:35

    Bayrağa qarşı hücum milli dəyərlərə yönəlmiş təxribatdır - Türkiyə MN

    22 Yanvar 2026 13:18

    İstanbulda İŞİD terror qruplaşmasının maliyyə şəbəkəsinə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

    13 Yanvar 2026 10:54

    Türkiyədə İŞİD əməliyyatı: Yalovada 26 şübhəli həbs olundu

    2 Yanvar 2026 13:18

    İstanbul və Ankarada İŞİD-ə qarşı geniş əməliyyat: 127 nəfər saxlanıldı

    30 Dekabr 2025 09:59

    Ankarada İŞİD-ə qarşı əməliyyat keçirilib

    30 Dekabr 2025 09:19

    Türkiyədə polis-İŞİD qarşıdurmasında 3 polis şəhid olub

    29 Dekabr 2025 13:06

    Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib

    29 Dekabr 2025 11:14

    İstanbulda terror planları hazırlayan İŞİD şübhəlisi tutulub

    26 Dekabr 2025 13:23

    ABŞ Nigeriyada İŞİD hədəflərinə zərbə endirib

    26 Dekabr 2025 11:23

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    25 Dekabr 2025 13:10

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    25 Dekabr 2025 12:43
    Demo
    XƏBƏR LENTİ

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    İkinci Dünya müharibəsindən sonra qurulan qlobal nizam çatlayır - Ərdoğan

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    “Napoli”nin hücumçusu Lorenzo Lukka “Nottingem Forest”ə icarəyə verilib

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.