Bakı,AzerVoice
Sistani Qəzzada müharibəni dayandırmağa çağırış edib. O müharibənin böyüyəcəyi təqdirdə bölgəyədə ciddi fəsadların ortaya çıxacağı ilə bağlı xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki İraqın şiə din adamı Əli Sistani ötən günlərdə verdiyi açıqlamada HƏMAS-ın lideri Həniyyənin və Hizbullahın önəmli komandirlərindən olan Fuad Şükürün öldürülməsinin bölgədə müharibə risqini artırdığını bildirib.
Qeyd edək ki, Sistani 10 aydır davam edən və bölgəni xarabalığa çevirən müharibənin başlamasından bu yana nadir hallarda açıqlama verib.
Sistani HƏMAS və Hizbullahın iki liderinin yaxın zamanda öldürülməsinin bölgə üçün müharibə təhlükəsini artırdığını bildirib.
Sistani müsəlmanları Qəzzadaki soyqrımı durdurmaq üçün birləşməyə çağırıb.
31 iyulda İsrail tərəfindən həyata keçirilən sui-qəsddə Həmasın siyasi lideri Haniyə İranın paytaxtı Tehranda öldürülmüşdü.
Sözügedən sui-qəsd İsrailin Beyruta olan iki ayrı hücumundan bir neçə saat sonra həyata keçirilmişdi. Hansı ki, İsrailin bu iki hücumu Hizbullahın ən yüksək səviyyəli hərbiçilərindən olan Fuad Şükrü yanaşı iki azyaşlı uşaq və çoxsaylı mülki vətəndaşın ölümü ilə nəticələnmişdir.
Qəzza müharibəsindən qaynaqlanan regional münaqişə qorxusunu artıran bir sıra qarşılıqlı hücumlar içərisində bu son sui-qəsdlər İran və Hizbullahı İsraildən qisas almağa vadar edən ən ciddi hadisələrdən hesab edilir.
Qəzzada yaşayan 2, 4 milyonluq əhalinin əksəriyyəti müharibə nəticəsində öz yurd-yuvasından didərgin düşüb. Artan aclıq və xəstəliklərin yayılması regionda humanitar vəziyyəti daha da pisləşdirir. Oktyabrın 7-dən bəri İsrail tərəfindən öldürülən fələstinli sayı 39 790-ı ötüb.
Qeyd edək ki, İran əsilli şiə din xadimi Ayətullah Sistani İraqın işğalından əvvəl ABŞ-dan maliyyə yardımı aldığını etiraf edib. İraqın işğalı zamanı ABŞ-ın müdafiə naziri olmuş Donald Ramsfeldin xatirələr kitabında 1987-ci ildən bu yana Küveytdəki Cavad Mihri vasitəsilə Sistaniyə milyonlarla dollar maliyyə yardımı edildiyi bildirilib. Kitabdakı iddialar barədə Sistaniyə sual verildikdə, şiə din xadimi bunu qəbul etdiyini və pulu İraq xalqı üçün xərclədiyini iddia edib.
"Son zamanlar rəhbərlik etdiyiniz dini qurumun işğala şərait yaratmaq, işğala qarşı fətva verməmək müqabilində amerikalılardan 200 milyon dollar alması ilə bağlı xəbərlər yayılıb. Bu məsələyə münasibətiniz necədir?" Sistani suala “Bəli, bu məhrum xalqın kasıbları və ehtiyac sahibləri üçün bu pullar alınıb” deyə cavab vermişdi.
Ramsfeld Amerika işğalını dəstəkləmək müqabilində Sistaniyə pul verilməsi hadisəsini kitabında belə izah edir:
“Biz İraqdakı dostlarımıza və əlbəttə ki, müttəfiqimiz Sistaniyə, ABŞ-la razılaşması müqabilində 200 000 000 (iki yüz milyon) Amerika dolları hədiyyə etdik.Küveyt vasitəsilə Sistaniyə verilən bu hədiyyədən sonra əlaqələrimiz xeyli inkişaf etdi. Sistaninin hədiyyəni alması xəbəri prezident Buşa çatdıqdan sonra CİA daxilində Sistani ilə Əlaqələr ofisi adlı bir bölmə açmağa qərar verdik…
…qarşılıqlı əlaqələrin bəhrələrindən biri Sistaninin verdiyi fitva idi. Sistani şiələrə və öz ardıcıllarına Küveyt sərhədinə qədər uzanan müttəfiq qüvvələrə müqavimət göstərməmələri üçün fitva vermişdi”.