Bakı, AzerVoice
Almaniyada mitinq zamanı “Çaydan dənizə, azad Fələstin” şüarını səsləndirən İran əsilli fəal cərimələnib.
AzerVoice xəbər verir ki ölkə məhkəməsi 22 yaşlı Almaniya vətəndaşı Ava Moayerini 600 avro məbləğində cərimələyib. Onun İran əsilli olduğu bildirilir.
Baş hakim Birgit Balzer bu şüarı "İsrail dövlətinin mövcudluq hüququnun inkar edilməsi" kimi qiymətləndirib. O, ölkədə yaşayan yəhudilərin özlərini “təhlükəsiz və rahat” hiss etməsi üçün almanların məsuliyyət daşıdığını deyib.
Məhkəmə prosesinə etiraz olaraq 100-ə yaxın şəxs ədliyyə binası qarşısında "Azad Fələstin" şüarları səsləndiriblər.
Moayerin vəkilləri bu məhkəmənin bir şüarın siyasi məna ifadə etməsi ilə bağlı Berlində keçirilən ilk məhkəmə olduğunu deyiblər.
Həmçinin vəkil Qorski apellyasiya məhkəməsinə şikayət edəcəklərini bildirib.
Qeyd edək ki “Min əl-nəhr iiləəl-bəhr”, yəni “çaydan dənizə” şüarı antisemitizm səbəbi ilə ABŞ-da və bəzi Avropa ölkəsində qadağan edilib. Bu qadağa 7 oktyabrda Qəzzada başlayan İsrail-HƏMAS toqquşmasından sonra qüvvəyə minib.