Bakı, AzerVoice
ABŞ müdafiə naziri Lloyd Ostin və Rusiya müdafiə naziri Andrey Belousov arasında telefon danışığı baş tutub.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında deyib.
Sinq bildirib ki, Ostin rusiyalı həmkarı ilə telefon danışığında Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı rabitə xətlərinin saxlanmasının vacibliyini vurğulayıb.
Görüşün Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyini deyən Sinq iki müdafiə naziri arasında söhbətin təfərrüatlarının daha sonra açıqlanacağını qeyd edib.
Xatırladaq ki, Ostin və Belousov sonuncu dəfə iyunun 25-də telefonla danışıblar.
Hafiz Rufizoğlu