Bakı. AzerVoice:
Həmas BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı son qətnaməsini qəbul edib və detalları müzakirə etməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək vəzifəli rəsmisi Sami Əbu Zuhri məlumat verib.
O əlavə edib ki, İsrailin qətnaməyə əməl edib-etməyəcəyi ABŞ-dan asılıdır.
"ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası çərçivəsində işğal rejmini müharibəni dərhal dayandırmağa məcbur etmək öhdəliyini yerinə yetirmək üçün əsl sınaq qarşısındadır", - hərəkatın nümayəndəsi bildirib.