Bakı, AzerVoice
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanı çox gec olmamış dərhal danışıqlar masasına oturmağa çağırıb.
AzerVoice xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
"Rusiyaya və Ukraynaya müraciət edirəm: dərhal danışıqlar masasına əyləşin, yoxsa çox gec olacaq. Təşəkkür edirəm", - deyə o qeyd edib.
Eyni zamanda Tramp, Rusiyanın Ukraynanı vurmağa davam etdiyini vurğulayaraq, ən qısa zamanda atəşkəs təmin olunmazsa, Rusiyaya ciddi iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirib.
"Rusiyanın hazırda Ukraynaya hücumlarının davam etdiyi faktına əsaslanaraq, bu ölkəyə genişmiqyaslı bank sanksiyaları, digər sanksiyalar və gömrük rüsumları tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirirəm," – deyə Tramp bəyan edib.