Bakı, AzerVoice
ABŞ Prezidenti Donald Tramp, 240 min ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi və onların deportasiyası üçün lazımi prosesi sürətləndirməyi planlaşdırır.
AzerVoice xəbər verir ki, bu təşəbbüsün ən geci aprel ayında həyata keçirilməsi gözlənilir.
Ukraynalılara qarşı atılan bu addım, Tramp administrasiyasının Bayden dövründə başladılan müvəqqəti evakuasiya proqramları çərçivəsində ABŞ-a qəbul edilən 2 milyona yaxın miqrantın hüquqi statuslarının ləğvi ilə bağlı genişmiqyaslı təşəbbüsünün bir hissəsidir.
Həm Ağ Ev, həm də Ukraynanın Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Tramp hökuməti bu ay ərzində təxminən 530 min kubalı, haytili, nikaraqualı və venesuelalının şərti buraxılışlarını ləğv etməyi planlaşdırır. Şərti buraxılış statusları ləğv edilən miqrantlar sürətli deportasiya prosesləri ilə qarşılaşa bilərlər.