Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Fransa və Britaniya Ukraynada bir aylıq atəşkəs istəyir

    3 Mart 2025 12:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın paytaxtında Kiyevin müttəfiqləri ilə keçirdiyi görüşdən sonra Ukraynada “hava, dəniz və enerji infrastrukturunu” əhatə edən bir aylıq atəşkəs təklif etdiklərini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Makron bu təklifi Böyük Britaniyanın yeni baş naziri Kir Starmerlə birlikdə irəli sürüb.

    O, atəşkəsin fərqli cəhətinin onun effektiv ölçülə bilməsi olduğunu vurğulayıb. Makron, həmçinin, “yaxın həftələrdə Ukrayna ərazisinə heç bir avropalı əsgərin yerləşdirilməyəcəyini” bildirərək, gələcək mərhələdə mümkün sülhməramlı qüvvələrin yerləşdirilə biləcəyini qeyd edib.

    Makron ABŞ-da Donald Tramp administrasiyası dövründə dəyişən siyasətlər fonunda Avropa ölkələrini müdafiə xərclərini ÜDM-nin 3-3,5 faizi səviyyəsinə qədər artırmağa çağırıb. O, Fransanın bu sahədə liderlik etməyə hazır olduğunu vurğulayaraq deyib:

    "Üç il ərzində, yəni Moskvanın Ukraynanı işğal etdiyi vaxtdan bəri, ruslar ÜDM-nin 10 faizini müdafiəyə xərcləyiblər... Ona görə də başımıza gələcəklərə hazır olmalıyıq." - deyə o bildirib.

    Fransa lideri Avropa ölkələrinin Ukraynanın müdafiəsinə daha çox dəstək verməli olduğunu və sülh prosesinə aktiv şəkildə töhfə verməli olduqlarını vurğulayıb. Atəşkəs təklifinin necə qarşılanacağı və Rusiya tərəfindən qəbul ediləcəyi isə hələ ki, qeyri-müəyyən olaraq qalır.

    #Fransa #Böyük Britaniya #Ukrayna #Emmanuel Makron #Volodimir Zelenski #Kir Starmer #Rusiya-Ukrayna münaqişəsi #Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi #Londonda Ukrayna liderlər zirvəsi #Fransa və Böyük Britaniyanın Ukrayna strategiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Estoniya Çinə nota verib

    11 Noyabr 2025 16:41

    Türkiyədən Fransaya xalça ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 11:00

    Makron Suriyanı İŞİD- ə Qarşı Beynəlxalq Koalisiyaya Qoşulmağa Çağırdı

    7 Noyabr 2025 14:31

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

    5 Noyabr 2025 17:34

    Fransa prezidentinin müşaviri Bakıda bir sıra görüşlər keçirib

    4 Noyabr 2025 21:16

    Türkiyədən Fransaya xalça ixracı 18 milyon dolları keçib (ÖZƏL)

    2 Noyabr 2025 17:00

    Qəzzada ədalət yalnız iki dövlətli həll ilə təmin oluna bilər - Hakan Fidan

    1 Noyabr 2025 13:21

    Rus xakerlər Ukraynanın sığorta şirkətlərini ələ keçirib

    1 Noyabr 2025 12:30

    Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

    31 Oktyabr 2025 23:33

    Kral Çarlz qardaşı Endrunu titullarından və evindən məhrum edib

    31 Oktyabr 2025 11:57
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Yuri Andropov SSRİ baş katibi oldu

    Qəzzada 6 min amputasiya aparılıb

    Bu gün Cimmi Karter İran neftinin idxalını dayandırdı

    Tarixdə bu gün - 12 noyabr

    Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə yayılan yalan məlumatlara münasibət bildirib (ƏLAVƏ OLUNUB)

    Türkiyə Daxili İşlər naziri təyyarənin qəzaya uğradığı əraziyə gəlib

    Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

    Gürcüstan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Türk Dövlətləri Təşkilatı Türkiyəyə C-130 təyyarəsi qəzası ilə bağlı başsağlığı verib

    Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qalıqları tapılıb - Ali Yerlikaya

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.