BAKI,
AzerVoice
Kanadanın müxalif Yeni Demokratiya Partiyasının (NDP) lideri Caqmit
Sinq ABŞ prezidenti Donald Trampın G7 Sammitində iştirakına qadağa
qoyulmasını tələb edib.
AzerVoice xəbər verir ki , Sinq, Kanadanın bu il G7 Sammitinə sədrliyi çərçivəsində vəziyyəti qiymətləndirərkən, Trampın "demokratiya, suverenlik və qlobal sabitliyə təhlükə yaratdığını" əsas gətirərək onun sammitdə iştirak etməsinə qarşı çıxdı.
"Bizim demokratiyamızı və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?" – deyə Sinq bildirib.
O, Trampın siyasətinin beynəlxalq təşkilatlara ziyan vurduğunu vurğulayaraq, G7 Zirvəsinin "Trampın dünya üçün yaratdığı təhlükələrə qarşı müttəfiqlərlə birlikdə işləmək üçün bir fürsət olduğunu" qeyd edib.
Xatırladaq ki, fevralın 14-də ABŞ prezidenti Tramp, Rusiyanın yenidən G7-yə daxil olmasını təklif etmişdi. Kanada daxil olmaqla bir çox ölkə bu təklifə qarşı çıxıb.