Bakı,
AzerVoice
Fransa prezidenti Emmanuel Makron, Ukraynada yaxın həftələrdə
atəşkəs əldə oluna biləcəyini bəyan edib.
AzerVoice xəbər verir ki , Makron Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşdükdən sonra, Ukraynadakı müharibənin sona çatdırılması üçün ilk növbədə atəşkəsə ehtiyac olduğunu vurğulayıb.
“İlk növbədə atəşkəsə ehtiyacımız var. Düşünürəm ki, buna yaxın həftələrdə nail olmaq olar.” - deyə o bildirib.
Fransa lideri həmçinin ABŞ-ın Çin və Avropa ilə eyni vaxtda ticarət müharibəsi apara bilməyəcəyini bildirib. O, Trampın geniş tariflər tətbiq etmək planlarına qarşı çıxaraq, bunun qlobal iqtisadiyyata mənfi təsir edəcəyini vurğulayıb.