Bakı,
AzerVoice
ABŞ Ukrayna müharibəsinə 300 milyard dollardan çox vəsait
xərcləyib, Avropa isə 100 milyard dollar sərf edib və bu vəsaitin
geri alınmasına layiqdirlər.
AzerVoice xəbər verir ki , ABŞ Prezidenti Donald Tramp bu sözləri Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı keçirərkən deyib.
"Prezident Makronun Ukraynada sülhün əldə edilməsi üçün çəkilən xərclərin və bu yükün təkcə ABŞ-ın deyil, həm də Avropa xalqlarının üzərinə düşdüyünü qəbul etməsindən məmnunam. Eyni zamanda, Avropanın Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin olunmasında mərkəzi rol oynamalı olduğunu qəbul etməsindən də razıyam", – deyəTramp vurğulayıb.
"Ukrayna müharibəsinə 300 milyard dollardan çox pul xərclədik, Avropa isə 100 milyard dollar xərclədi. Biz bunu geri almağa layiqik." - deyə o əlavə edib.