Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp, Nyu-Yorkda tıxaclara görə tətbiq
edilən tənzimlənən gediş haqlarını ləğv etdiyini elan edib.
AzerVoice xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında olan paylaşımında, "Tıxac tarifləri öldü. Manhetten və bütün Nyu-York xilas oldu. Yaşasın kralımız!" ifadəsini işlədib.
Bundan sonra Ağ Evin rəsmi X hesabında Trampın başında tac olan bir kral kimi təsvir edildiyi jurnal üz qabığı paylaşılaraq bu mesaj dəstəklənib.
Trampın və Ağ Evin “kral” mövzusundakı paylaşımları sosial mediada geniş müzakirələrə səbəb olub.