Bakı,
AzerVoice
ABŞ Rusiya ilə müharibə zamanı Ukraynaya göstərdiyi milyardlarla
dollarlıq dəstəyin qarşılığını almağa layiqdir.
AzerVoice xəbər verir ki, ABŞ-ın milli
təhlükəsizlik müşaviri Mike Waltz bu fikirləri səsləndirib.
O vurğulayıb ki, ABŞ uzun illərdir Ukraynaya edilən yardımların
əvəzini gözləməkdə haqlıdır.
Milli təhlükəsizlik müşaviri Ukrayna prezidenti Vladimir Zelenskinin nadir torpaq elementlərinin yarısını ABŞ-a təhvil verməsini nəzərdə tutan razılaşmanı qəbul etməsinin çox ağıllı addım olacağını bildirib.
ABŞ prezidenti Donald Trampın bu məsələyə xüsusi diqqət
yetirdiyini qeyd edən Waltz , “Trampla əməkdaşlıq etmək Ukrayna
üçün ən yaxşı təminatdır.” - deyə bildirib.
ABŞ mediasının yaydığı məlumata görə, Zelenski, Vaşinqtonun
israrına baxmayaraq, nadir torpaq elementlərinin yarısının ABŞ-a
verilməsini nəzərdə tutan sazişi imzalamaqdan imtina edib.
Xatırladaq ki, Fevralın 3-də Tramp ABŞ-ın Ukraynadan nadir torpaq elementləri almaq niyyətində olduğunu açıqlamışdı. O, Ukraynadakı müharibənin tezliklə başa çatmalı olduğunu vurğulayaraq, ABŞ-ın bu ölkəyə yardımlarının qarşılıqsız olmamalı olduğunu bildirmişdi.
Zelenski isə Ukraynanın mineral ehtiyatlarına sərmayə yatırmaq istəyən müttəfiqlərə açıq olduğunu bəyan edib.