Bakı,
AzerVoice
ABŞ-ın Avropanı Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə
danışıqlardan kənarda qoyması Yunanıstanı ciddi narahat edib.
AzerVoice xəbər verir ki , Afina
administrasiyası geosiyasi əhəmiyyətini itirmək riski ilə
üzləşdiyini düşünərək ABŞ-la əlaqələrini gücləndirmək üçün addımlar
atmağa başlayıb.
ABŞ prezidenti Donald Trampın Brüsseli gözdən salmaq siyasəti və
Rusiyanın Ukraynada zəbt etdiyi ərazilərdən çıxarılmayacağı ilə
bağlı açıqlamaları Afinanı ciddi şəkildə narahat edir.
Afina administrasiyası xüsusilə Trampın Avropanın təhlükəsizliyi üçün hərbi öhdəliklərdən imtina edəcəyini bildirməsindən sonra Yunanıstanın geosiyasi mövqeyinin zəifləyəcəyini proqnozlaşdırır.
Belə ki, Afina, Türkiyə Boğazlarının qlobal ticarətə artan
təsirini nəzərə alaraq, öz limanlarının – xüsusilə Dedeağaç
limanının – əhəmiyyətinin azalacağından ehtiyat edir.
Həmçinin, Tramp administrasiyasının Avropaya müdafiə və Ukrayna
siyasəti baxımından dəstəyini azaltması, Yunanıstanın regional
rolunu təhlükə altına qoya bilər.dı
Qeyd edək ki, Yunanıstan hökuməti artıq ABŞ-ın yeni administrasiyası ilə əlaqələrini möhkəmləndirmək üçün dərhal tədbirlər görməyə başlayıb.
Məlum olub ki, Yunanıstan Xarici İşlər Nazirliyi Vaşinqtonda yerləşən BGR Group lobbi şirkəti ilə illik 600 min dollarlıq müqavilə imzalayıb. Bu addımın məqsədi ABŞ-dakı siyasətçilərə Yunanıstanın geosiyasi əhəmiyyətini xatırlatmaq və Vaşinqtonun dəstəyini qorumaqdır.