Bakı,
AzerVoice
ABŞ-ın vitse-prezidenti J.D. Vance, Rusiya-Ukrayna müharibəsinə
dair mümkün sülh razılaşmasının gözlənilməz nəticələr doğura
biləcəyini bildirib.
AzerVoice xəbər verir ki Vance vurğulayıb ki, əgər Rusiya prezidenti Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyini təmin edəcək sülh sazişinə razı olmasa, Vaşinqton: Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək, hətta hərbi addımları da nəzərdən keçirəcək.
O qeyd edib ki, ABŞ-ın hərbi müdaxiləsi masanın üstündədir və Vaşinqtonun "Putinə təzyiq göstərmək üçün həm iqtisadi, həm də hərbi alətləri var".
Vance-in bu açıqlamaları, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün Putinlə danışıqlara başlamaq niyyətini bildirməsindən sonra gəlib.
Vitse-prezident bildirib ki, danışıqlar bir çox insanı təəccübləndirəcək bir sülh razılaşması ilə nəticələnə bilər.
Qeyd edək ki, Donald Tramp çərşənbə günü Putinlə telefon danışığı apardığını və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəldiklərini açıqlayıb.
Cümə axşamı isə həm Putin, həm də Zelenski ilə böyük danışıqlar apardığını və bu müharibəyə son qoymağın böyük ehtimal olduğunu bildirib.