Bakı,
AzerVoice
ABŞ-ın səlahiyyətliləri sərnişin təyyarəsi ilə hərbi helikopterin
havada toqquşması nəticəsində ölən 67 nəfərdən 55-nin qalıqlarının
tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Vaşinqton
Yanğınsöndürmə və Fövqəladə Xidmətlər Direktoru Con Donnelli
bildirib ki, Potomak çayında qəzada ölənlərin cəsədlərinin axtarışı
davam edir.
Qəzada həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını
və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayan Donnelli, həyatını
itirən hər bir vətəndaşın cəsədi tapılana qədər işlərinə davam
edəcəklərini vurğulayıb.
Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi verdiyi yazılı
açıqlamada yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında
American Airlines təyyarəsi ilə "Black Hawk" hərbi helikopterinin
toqquşduğunu açıqlayıb. Paytaxt Vaşinqton yaxınlığında hava limanı
yaxınlığında baş verən qəzada içərisində 60 sərnişin və 4 nəfərlik
ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan hərbi
vertolyot Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların
olmadığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp qəzanın ehtimal olunan səbəbi ilə bağlı
, "Helikopter yanlış zamanda səhv yerdə olub. Təəssüf ki, sağ qalan
olmayıb"- deyərək, qəzanın böyük faciə olduğunu bildirib.