Bakı,AzerVoice
ABŞ prezidenti Donald Tramp son açıqlamalarında Panama Kanalının
geri qaytarılacağını və ya bunun çox güclü nəticələrə səbəb
olacağını bildirib.
AzerVoice xəbər verir ki, Tramp
açıqlamasında ABŞ dövlət katibi Marko Rubionun hazırda Panamada
səfərdə olduğunu bildirərək, Çinin kanal üzərində nəzarəti olduğunu
iddia edib və bunu müqavilə pozuntusu kimi qiymətləndirib.
"Biz ya Panama Kanalını geri alırıq, ya da çox güclü bir şey baş
verəcək" - deyə o vurğulayıb.
Panama Prezidenti Xose Raul Mulinonun isə cavabında, "Panama Kanalı Panamaya məxsusdur və belə də qalacaq" – deyə bəyan edib.
Qeyd edək ki, Tramp Çinin kanal üzərindəki təsirindən narahatdır. Çin Panamada böyük sərmayələr qoyub və Panamanın Tayvanla diplomatik əlaqələri kəsməsi Vaşinqtonda narahatlıq yaradıb.