Bakı,AzerVoice
ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk
müsahibəsində sələfi Co Baydeni sərt şəkildə tənqid edib.
AzerVoice xəbər verir ki, Yanvarın
20-də Fox News aparıcısı Sean Hannity-yə verdiyi müsahibədə Tramp,
Bayden administrasiyasının siyasətlərini zəiflik kimi xarakterizə
edərək ABŞ-ın son dörd ildə ciddi şəkildə güc itirdiyini iddia
edib.
O bildirib ki, Bayden administrasiyası dövründə inflyasiya,
Əfqanıstandan geri çəkilmə böhranı, Rusiya-Ukrayna müharibəsi və
digər hadisələr baş verib. və bu problemlər Baydenin zəif
idarəçiliyindən qaynaqlanıb.
Tramp, Baydenin vəzifəsinin son günlərində bir çox şəxsi, hətta öz
yaxın çevrəsini əfv etməsinə sərt reaksiya verib. O, Baydenin əfv
siyasətini tənqid edərək, "Bu adam hər kəsi əfv etmək üçün gəzdi,
amma özünü əfv etmədi. Halbuki əsl problem onun özündə idi." - deyə
bildirib.
Prezident, Demokratik administrasiyanı Kaliforniyanın Los-Anceles
bölgəsindəki yanğınlara lazımi müdaxilə edə bilməməkdə də
günahlandırıb. O, bölgədə kifayət qədər su ehtiyatlarının olmasına
baxmayaraq, bu resurslardan düzgün istifadə edilmədiyini deyib.
Sonda, TikTok-un ABŞ-da qadağan edilməsini şübhə altına alan Tramp, bu platformanın casusluq fəaliyyəti ilə əlaqəli olmadığına inandığını deyib. O qeyd edib ki, əgər təhlükə varsa, bu, daha çox Çində istehsal olunan telefon və digər cihazlarla bağlı ola bilər.