Bakı, AzerVoice
Vaşinqton Suriyanın şimalında Türkiyə ilə Suriya Demokratik
Qüvvələri (SDQ) arasında atəşkəsin uzadıldığını açıqlayıb
AzerVoice xəbər verir ki, bu barədə
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Türkiyə ilə Vaşinqtonun dəstəklədiyi SDQ arasında Suriyanın
şimalındakı Mənbic şəhəri ətrafında atəşkəs razılaşması bu həftənin
sonuna qədər uzadılıb.
Reuters-in məlumatına görə, Miller Vaşinqtonun keçən həftə ilk atəşkəs razılaşmasını imzaladığını, lakin müddətinin başa çatdığını və atəşkəsi mümkün qədər uzatmaq niyyətində olduğunu qeyd edib.
Miller münaqişənin qızışdırılmasının heç kimin xeyrinə olmadığını vurğulayaraq, "SDQ və Türkiyə ilə gələcəyə hesablanmış bir yol müzakirə etməyə davam edirik. Hazırkı qeyri-sabit vəziyyətdən heç bir tərəfin sui-istifadə etməsini istəmirik," - deyə bildirib.