Bakı,AzerVoice
İran yanvarda Rusiyaya çoxlu sayda ballistik raketlər verməyə başlayıb. Bu haqda AzerVoice Reuters-ə istinadən məlumat verir.
Məlumat əsasən, yanvar ayında 400-ə yaxın raket, o cümlədən Fateh-110 ailəsindən olan Zülfüqar kimi uzun mənzilli (maksimum 700 km) raketlər Rusiyaya verilib.
İddialara görə, artıq dörd partiyaraket Rusiyaya təhvil verilib. Çatdırılmalar həm hava, həm də Xəzər dənizi vasitəsilə dəniz yolu ilə həyata keçirilir.