Bakı. AzerVoice:
Almaniyanın sənaye super dövləti kimi dövrü başa çatmaq üzrədir.
AzerVoice bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“2017-ci ildən Almaniyada istehsal azalır. Enerji böhranı şirkətlərin iflasına səbəb olur. Təkcə Düsseldorfda dağılan 124 fabrikdə 1600 nəfər işsiz qalıb və belə fabriklər çoxdur. Çin daha böyük rəqibə çevrilir”, - deyə məlumatda qeyd edilib.
Bundan əlavə, Almaniyanın maliyyə naziri Kristian Lindner ölkənin sənaye cəhətdən inkişaf etmədiyini və zəiflədiyini bildirib.