Bakı. AzerVoice:
Biz İsrailin Rəfah Sərhəd Qapısını köçürmək cəhdlərini rədd edirik.
AzerVoice-un məlumatına görə, bu barədə Fələstinin baş naziri danışıb.
"Biz deyirik ki, Rəfah Misir və Fələstin arasındakı sərhəd qapısıdır. Bu, Misir və Fələstini maraqlandıran bir məsələdir",- deyə o bildirib.
2005-ci ildən bəri Rəfah Sərhəd Qapısının idarə olunması üçün Avropa polis təşkilatı ilə razılaşmaları olduğuna diqqət çəkən nazir, İsrailin yerini dəyişsə və ya bağlasa belə Rəfah Sərhəd Qapısının yenidən açılacağını və Misir-Fələstin məsələsi olaraq qalacağını qeyd edib.
Baş nazir vurğulayıb ki, İsrailin Rəfah Sərhəd Qapısını başqa yerə köçürmək cəhdini rədd edirik.
ABŞ-ın bəzi israilli yəhudiləri sanksiya siyahısına daxil etməsindən məmnun olduqlarını ifadə edən baş nazir, sanksiyalar siyahısına radikal yəhudi məskunlaşmaçıların daxil edilməsinin kifayət etmədiyini və bütün məskunlaşma layihələrinə qarşı addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 238 nəfərə çatıb.