Bakı. AzerVoice:
Biz müharibəyə başlamayacağıq, lakin zülmə sərt cavab verəcəyik.
AzerVoice-un məlumatına görə, bu sözləri İran prezidenti İbrahim Rəisi deyib.
"Biz müharibəyə başlamayacağıq, amma zalım bir ölkə və ya güc hər hansı bir zorakılıq etmək istəsə, İran onlara sərt cavab verəcək",- deyə o bildirib.
Qeyd edək ki, yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz təyyarə ilə həyata keçirilən hücumda üç ABŞ əsgəri şəhid olub, 40-dan çox əsgər yaralanıb. ABŞ rəsmiləri, xüsusilə prezident Co Bayden, İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib. İran sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, "Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır" deyib.
Aytac Süleymanova
Twitter: a_alieva_