Bakı. AzerVoice:
İran turizmi canlandırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdiyini açıqlayıb.
AzerVoice-un məlumatına görə, bu barədə İranın Xarici işlər nazirinin müavini Əli Rıza Bigdeli məlumat verib.
"Bəzi ölkələrin vətəndaşlarının İrana turist səfərləri üçün birtərəfli qaydada vizadan azad edilməsi ilə bağlı göstəriş müvafiq qurumlara çatdırılıb. Viza azadlığı Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və Hindistan və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcək",- deyə o bildirib.
İran rəsmisi bəyan edib ki, 28 ölkədən Hindistan vətəndaşları vizaya ehtiyac olmadan hava yolu ilə İrana daxil ola bilərlər və onlar quru sərhədlərindən keçmək üçün viza almalı olacaqlar.
"Buna uyğun olaraq, turizm məqsədi ilə İrana səfər edən bu 28 ölkənin vətəndaşlarının 4 fevral 2024-cü il tarixindən etibarən İrana səyahət etmək üçün vizaya ehtiyacı olmayacaq",- deyə Bigdeli əlavə edib.
Aytac Süleymanova
Twitter: a_alieva_