Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Azərbaycanın Zəfərinin arxasında Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti dayanır - Sevil Mikayılova

    15 Oktyabr 2024 14:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti dayanır. Xalqımız hər zaman bu qələbəyə, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı.

    Bunu AzerVoice-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    Deputat bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, xalqın etimadını doğrultdu, torpaqlarımızın işğaldan azad edilməsi kimi qarşısına qoyduğu bir nömrəli vəzifəni uğurla yerinə yetirərək, ölkəmizin hər bir guşəsində üçrəngli bayrağımızın dalğalanmasına nail oldu.

    “Cənab Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi zəfərimizin daha bir təntənəsi idi. Bu tarix Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq mühüm bir hadisədir və bu hadisə hər zaman qürurla xatırlanacaq”, - deyə deputat bildirib.

    S.Mikayılova qeyd edib ki, bu qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin məntiqi nəticəsidir.

    “Bu qələbə uzun illər aparılan məqsədyönlü daxili və siyasətin, beynəlxalq müstəvidə həyata keçirilən doğru strategiyanın, gənclərin vətənpərvər ruhda yetişdirilməsi, ordu quruculuğu və iqtisadi sahədə reallaşdırılan davamlı islahatların nəticəsində mümkün oldu. Bu illər ərzində Azərbaycan bütün sahələrdə inkişaf etdi, beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrildi, güclü ordu qurmağa nail oldu.

    Ölkəmizin iqtisadi sahədə əldə etdiyi naliyyətlər xüsusilə ordu quruculuğu sahəsində geniş islahatların aparılmasına, ordumuzun peşəkarlığının artırılmasına və müasir silahlarla təchiz olunmasına imkan verdi. Nəticədə Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil olmağı bacardı”, - deyə deputat qeyd edib.

    S.Mikayılova deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll etməyə çalışırdı və uzun illər danışıqlar prosesində iştirak edərək münaqişənin dinc yolla həll edilməsinə kifayət qədər zəmin yaratdı.

    “Lakin əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun qərəzli siyasəti, işğalçını dəstəkləməsi, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəinki münaqişənin həll edilməsinə imkan verdi, əksinə, danışıqlar prosesini dalana dirədi, bütün gözləntiləri boşa çıxardı, xalqın etimadını itirdi. Təbii ki, Azərbaycan heç vaxt öz ərazilərinin qeyri-müəyyən vaxtda işğal altında qalmasına razı ola bilməzdi.

    Azərbaycan danışıqlar prosesində iştirak etməklə yanaşı, münaqişənin hərbi yolla həllini də istisna etmirdi və bunu hər zaman bəyan edirdi. Lakin əfsuslar olsun ki, nə Minsk qrupu, nə də Ermənistan qeyri-konstruktiv mövqelərindən geri çəkildi və Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxardı. Bütün bu proseslər münaqişənin hərbi yolla həllini zərurətə çevirdi və nəhayət, uzun sürən danışıqların səmərəsiz nəticələri, Ermənistanın ardıcıl təxribatları 44 günlük Vətən müharibəsinin başlamasını qaçılmaz etdi.

    Azərbaycan hərbi gücdən və beynəlxalq qanunların, o cümlədən, BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə verilmiş hüquqdan istifadə edərək, öz torpaqlarını erməni işğalından azad etdi. Azərbaycan ordusunun gücü qarşsında aciz qalan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur edildi.

    Lakin Ermənistan öz xislətinə “sadiq” qalaraq üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən yayındı, qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmadı, əksinə, ardıcıl təxribatlara davam etməklə yanaşı, separatçılara dəstək göstərdi. Ermənistanın bu əməlləri 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirlərinin keçirilməsini zərurətə çevirdi. Bu tədbirlər nəticəsində Azərbaycan bütün suveren ərazilərində nəzarəti bərpa edərək, separatçılığın kökünü kəsdi, Vətən müharibəsində əldə olunan tarixi Zəfəri sona çatdırdı.

    Bu gün Azərbaycanın bütün guşələrində üçrəngli bayrağımız qürurla dalğalanır, Azərbaycan azad edilmiş ərazilərimizi öz gücü hesabına sürətlə bərpa edir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Həmin ərazilər yenidən dirçəlir və dünyanın ən gözəl diyarlarından birinə çevrilir”, - deyə deputat əlavə edib.

    #Sevil Mİkayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək - Abdulkadir Polat

    23 Dekabr 2025 13:35

    Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir - Sevil Mikayılova

    12 Dekabr 2025 15:18

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor

    21 Noyabr 2025 16:21

    Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır - Rufiz Hafizoğlu

    17 Noyabr 2025 11:44

    Qələbədən sonra – Suverenliyin bərpası və Konstitusiyanın 30 illiyi

    12 Noyabr 2025 10:22

    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler

    5 Noyabr 2025 15:44

    Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı: Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının yol xəritəsi

    4 Noyabr 2025 12:43

    Terrorsuz Türkiyə hədəfində fikir ayrılığı yoxdur - Bahçeli

    4 Noyabr 2025 12:41

    Türkiyə ilə yaxın tərəfdaşlığı genişləndirmək istəyirik - Merts

    30 Oktyabr 2025 11:57

    Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin uğurudur - Sevil Mikayılova

    10 Oktyabr 2024 12:37

    Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasını qlobal arenada güc mərkəzinə çevirir - Sevil Mikayılova

    8 İyul 2024 15:57
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.