Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    “Narkomanların sayı 300 000 - i ötür?”

    4 İyun 2024 11:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Zənnimcə ölkənin narkotiklərlə bağlı qanunvericiliyində mövcud olan boşluqlar qeydiyyatın və onların təhlilinin aparılmasına əngəllər yaradır.

    Göründüyü кimi Аzərbаycаn trаnzit ölкədir və nаrкоtiкlərin Аsiyаdаn Аvrоpаyа və Rusiyаyа nəqli mаrşurutundа yеrləşir. Ölкəmizdə istifаdə еdilən nаrкоtiкlərin çохu хаricdən, əsasən İrandan gəlir, çünкi Аzərbаycаndа nаrкоtiкlərin bеcərilməsi və istеhsаlı məhduddur.

    Buna baxmayaraq hətta dünyanın inkişaf etmiş ölkələrində də son vaxtlar hətta orta məktəblərdə belə narkomaniyaya aludə gənclərin sayının çoxalması ölkəmizdə də bu problemin təhlükəsindən xəbər verir. Onların arasında qızların da olması, daha doğrusu, çoxalması isə bu bəlanın inkişaf səviyyəsindən xəbər verir. Əgər işsiz, məşğuliyyətsiz, normal həyat şəraiti sürməyən bəzi insanlar problemlərin qarşısında aciz qalıb tüfeyli həyata meyllənərək narkomaniyaya qurşanırlarsa, bəzi imkanlı ailələrin övladları əyləncə növü olaraq narkotiklərdən istifadə edərək narkomaniyaya düçar olurlar. Istənilən halda narkomaniyanın inkişafı gənc nəslə dəyən böyük zərbədir.

    Rəsmi statistikaya əsasən, ölkədə təxminən 35600 narkoman qeydiyyatdadır. Lakin adətən belə məsələlərdə rəsmi statistik rəqəmlər real nəticələrdən 7-10 dəfə az olur. Bu isə, əslində onların sayının daha çox olmasını göstərir.

    Məncə, bu gün Azərbaycanda hər hansı formada narkomaniyaya qoşulan insanların sayı təxminən 300 mini ötür. Rəqəmlər arasındakı belə uyğunsuzluq isə bəzi narkotik istifadəçilərinin rəsmi qeydiyyatdan yayınmaları ilə bağlıdır. Zənnimcə buna səbəb Azərbaycanda bu sahədə mövcud olan statistik məlumatların qeydiyyatı sistemində çatışmazlıqların olmasıdır. Bu uyğunsuzluq səhiyyə sistemində narkotiklərlə bağlı göstəricilərin statistik qeydiyyatının, təhlilinin və şərhinin verilməsi ilə bağlıdır. Qeydiyyat sistemində olan bəzi çatışmazlıqların nəticəsində dünya standardlarına uyğun təhlil və müqayisələr aparmaq mümkün olmur.

    Bildiyimə görə, Səhiyyə Nazirliyi qeydiyyata götürdüyü xəstələrin, o cümlədən narkomanların statistikasını cəmi üç yaş kateqoriyası üzrə təqdim edir: 18 yaşa qədər, 19-35 yaş arasında və 35 yaşdan yuxarı. Əslində bu sahə üzrə məlumatları gigər ölkələr üzrə məlumatlarla müqayisə etmək üçün yaş şkalası beş il intervalı ilə qurulmuşdur. Yəni 20-25 yaş, 26-30 yaş, 31-35 yaş və s. Fikrimcə bu gün ölkədə belə qeydiyyat sisteminin olmaması epidemioloji xarakter daşıyan xüsusi tədqiqatların keçirilməsini çətinləşdirir. Səhiyyə qeydiyyatı sistemində mövcud digər mühüm çatışmazlıq xəstələrin qeydiyyatında vahid sisteminin olmamasıdır. Xəstələrin qeydiyyatı mexaniki üsulla aparılır. Xəstələri qeydiyyata götürəndə xüsusi blank forması doldurulur. Formada xəstə haqqında şəxsi məlumat, xəstəlik haqqında məlumat (diaqnoz) və təyin olunan müalicə haqqında məlumat olur. Müalicə müəssisələrində qeydiyyata alınmış xəstələr haqqında məlumat Respublika Narkoloji Dispanserinə, sonra isə Səhiyyə Nazirliyinin statistika şöbəsinə ötürülür. Respublika Narkoloji Dispanserinə vaxtaşırı ötürülən ümumi məlumatlar statistik xarakter daşıyır. Müalicə kartlarında olan məlumatlar isə Respublika Narkoloji Dispanserinə gecikdirmələrlə ötürüldüyü üçün və onların təhlili çox vaxt mexaniki üsulla aparıldığından ayrı-ayrı xəstələr haqqında məlumatın təhlili gecikir.

    Məsələn, eyni xəstə bir il ərzində Bakıda və Azərbaycanın digər bölgəsində müalicə alırsa, o, iki dəfə qeydiyyata götürülmüş olur. Bu xəstə haqqında təsnifatlı məlumat Respublika Narkoloji Dispanserinə gəlincə, müalicə alan xəstənin eyni adam olduğu müəyyənləşincə, statistik məlumatlarda mexaniki səhvlər yaranır. Fikrimcə, qeydiyyatla bağlı çatışmazlıq yalnız səhiyyə sistemində deyil, hüquq-mühafizə orqanları tərəfindən aparılan müvafiq qeydiyyat sistemində də özünəməxsus formada mövcuddur.

    Səhiyyə sistemində olduğu kimi, bildiyim qədər narkotiklərlə bağlı törədilən cinayətlər və məsuliyyətə cəlb olunan şəxslərin də qeydiyyatı cəmi üç yaş qrupuna bölünərək aparılır. Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının Işçi Qrupunun statistik məlumatlarında tətbiq olunan göstəricilər natamamdır. Hər iki qurum məhsuliyyətə cəlb olunan şəxslərin məşğuliyyət xüsusiyyətlərinə aid statistik şkalada cəmi üç qrupu qeyd edir: qulluqçular, fəhlələr və işsizlər. Bu, natamam qeydiyyat şkalasıdır. Çünki, məncə burada muzdlu işçilər, mövsümi işlə təmin olunanlar, kənd təsərrüfatı, sahibkarlıq və s. sahələrdə işləyən qrupda bölgü yoxdur. Eyni zamanda, Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının Işçi Qrupunun təqdim etdiyi məlumatlar arasında cinayət məsuliyyətinə cəlb olunanların ailə vəziyyəti və maddi durumu ilə bağlı məlumatlar əksini tapmır.

    Məsuliyyətə cəlb olunan narkotikomanların hansı mühitdə, şəraitdə, hansı müddət ərzində bu işlə məşğul olmaları və s. məqamlarla bağlı göstəricilər hesabatlarda əks olunmur. Bu da göstəricilərin müqayisəli təhlilini aparmağa və hazırki durum haqda tam təsəvvür yaratmağa imkan vermir.

    Rəsmi mənbələrdən belə məlumatlar alınmadıqda epidemioloji təhlilləri yalnız xüsusi sorğuların və ya QHT lərin işinin nəticələrinə əsasən aparmaq olur.

    Mənim bir işim də gənclər arasında narkotik maddələrə tələbatın azaldılmasıdır. Bu məsələ təbii ki, bütün cəmiyyətin fəaliyyətinə daxil olmalıdır. Məktəblərdə şagirdlər, müəllim və valideynlər arasında birbaşa təlim kurslarının keçirilməsi, narkomanlığın ilkin simptomları, ilkin araşdırılması, narkotik maddələrin sui-istifadəsi ilə bağlı olan davranış halları üzrə ciddi iş aparılmalıdır. Bəzilərinin mühit təsiri altında hərdənbir narkotikin dadına baxan gənclərin üzə çıxması, profilaktik tədbirlərin aparılması, erkən müdaxilənin olunması çox mühümdür. Belə yeniyetmə və gənclərə qarşı psixoloji, lazım gəlsə, tibbi tədbirlər görülməlidir. Lakin reabilitasiya proqramları, onların dünyagörüşünə təsir edən tədbirlər bu gün təəssüf ki, yoxdur və ya maliyyə və səriştəsizlik problemi var. Bu sahədə həm maddi-texniki şəraitin, əmək haqqının həm də kadrların azlığı ilə izah edirəm.

    Narkotikdən asılılığın hansı fəsadlar yarada bildiyinə gəlincə isə bildirim ki, narkotiklərdən istifadə pərakəndə cinsi əlaqələr, cinsi xəstəliklərin yayılmasına da xidmət edir. Bundan başqa damardaxili İNİ yani, İnyeksion Narkotik istifadə edən şəxslər arasında ölümlə və ölümcül xəstəlikləri yaymaqla nəticələnən immunçatışmazlığı virusu QIÇS (SPID), Hepatitlər və digər xəstəliklər yayılır.

    Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri ekspert Emil Maqalov

    #Emil Maqalov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor

    21 Noyabr 2025 16:21

    Məktəblərdə intizam problemləri: səbəblər və çıxış yolları

    29 Oktyabr 2025 10:40

    Narkomaniyadan Qurtulmaq Üçün Maddi Vəziyyət Çox Önəmlidir - Emil Maqalov

    23 İyul 2025 15:37

    "Gözəllik təzyiqi" bəzi qız və qadınları narkotikləri sınamağa məcbur edir

    22 İyul 2025 10:09

    Narkotik istifadəsindən yayılan xəstəliklər – Ekpsertdən açıqlama

    22 Oktyabr 2024 10:11

    Seks, narkotik və körpələr - Narkotik maddələrin insan orqanizminə təsiri

    19 Oktyabr 2024 12:38

    “İnqilabdan əvvəl İran narkotiki” – Emil Maqalovun araşdırması

    10 Sentyabr 2024 22:45

    “Təhlükəli gənclik hərəkatları"- AUE nədir? (İkinci yazı)

    29 İyun 2024 20:45

    Anlayışlara görə həyat məktəbi - AUE nədir? (Birinci yazı)

    28 İyun 2024 14:42

    "Zəvvar" (Birinci yazı)

    26 İyun 2024 12:35

    "Tiryək Çini necə yıxdı?!"

    28 May 2024 19:06
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Türkiyədən Qətərə mebel ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    Türkiyədən Qırğızıstana dəri ixracı 15 milyon dolları keçib (ÖZƏL)

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.