Bakı,AzerVoice
Qəzzada vəziyyət, düşünüldüyündən və göstərildiyindən də acınacaqlıdır, AzerVoice xəbər verir ki , bunu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Xarici Əlaqələr və Kommunikasiyalar üzrə Direktoru Tamara Əl-Rifai deyib.
O qeyd edib ki, hazırda Rəfahda bir milyon yarımdan çox fələstinli yaşayır.
“Amma Rəfah 280 min insan üçün nəzərdə tutulmuş bir şəhərdir. əahli sıxlığı, israilin davamlı hərbi əməliyatları və çəhərdə su böhranının olması, vəziyyəti olduqca acınacaqlı edir” –deyə o bildirib.
O bildirib ki, bu acınacaqlı hal məhz İsrailin “evakuasiya” əmrləri nəticəsində baş verib.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.