Bakı. AzerVoice:
Azərbaycan beynəlxalq maraqların kəsişdiyi intensiv zonalardan birində yerləşir. Ona görə də qarşıdan gələn seçkilər Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir.
AzerVoice xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında tarix elmləri doktoru, Qafqaz Beynəlxalq Universitetinin dosenti, Texniki Universitetin qonaq professoru, Milli və Korporativ Təhlükəsizlik üzrə Təlim və Araşdırma Mərkəzinin direktoru David Kuxalaşvili deyib.
Onun sözlərinə görə, ərazi bütövlüyünün bərpası hökumətin əsaslı və çevik siyasəti sayəsində mümkün olub və nəticədə istənilən müsbət nəticə öz məntiqi davamını tapmalıdır.
“Seçkilər əldə olunan nailiyyətlərin qanuniləşdirilməsi üçün əlverişli şərtdir. Eyni zamanda, seçki nəticələri Azərbaycanın siyasi təhlükəsizliyi üçün də xüsusi rola malik olacaq. Azərbaycan mənim ölkəm kimi müharibənin, qeyri-sabitliyin nə olduğunu çox gözəl bilir. İqtisadi inkişaf üçün mütləq siyasi sabitlik də vacibdir. Mən Azərbaycana və onun xalqına sülh, siyasi və iqtisadi inkişaf, sabitlik arzulamaq istərdim”, – deyə gürcü ekspert fikrini yekunlaşdırıb.