BAKI,AzerVoice
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
AzerVoice xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.