BAKI,AzerVoice
Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
AzerVoice xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Ceyhun Cəlilov bunadək Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsini icra edirdi.