Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Oksfordda Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb

    18 İyul 2024 18:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Oksford. AzerVoice

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

    AzerVoice xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.

    Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakteri daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirib. Qeyd edib ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

    Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirib.

    Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.

    Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunuldu, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

    COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirdi və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğulayıb.

    Prezident İlham Əliyev Oksfordda Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb
    Prezident İlham Əliyev Oksfordda Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb
    Prezident İlham Əliyev Oksfordda Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

    15 Dekabr 2025 15:28

    Prezident İlham Əliyev Avstraliya Baş nazirinə başsağlığı verib

    15 Dekabr 2025 15:27

    2027-ci ildə Azərbaycanda keçiriləcək U20 dünya çempionatının Təşkilat Komitəsi yaradılıb

    15 Dekabr 2025 15:26

    Azərbaycan ilə Qazaxıstan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

    15 Dekabr 2025 15:04

    Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş təsdiq edilib

    15 Dekabr 2025 15:02

    Azərbaycan ilə Qazaxıstan arasında bir sıra sənədlər təsdiqlənib

    15 Dekabr 2025 15:02

    Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb

    15 Dekabr 2025 14:41

    Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib

    15 Dekabr 2025 14:38

    Azərbaycan və Dominikan diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilir

    15 Dekabr 2025 14:32

    Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

    15 Dekabr 2025 14:30

    Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib

    15 Dekabr 2025 14:29

    Azərbaycan və Surinam arasında viza rejimi qismən ləğv edilib

    15 Dekabr 2025 14:28
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.