Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilib

    8 İyul 2024 15:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    AzerVoice xəbər verir ki, sənədə əsasən, sanksiya tətbiq edilməli olan fiziki şəxslər və qurumlar – "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş fiziki şəxslər və qurumlardır.

    Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

    Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) elektron ərizə formasını doldurur, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını həmin ərizəyə daxil edir, ərizədə qeyd olunan məlumatlar əsasında elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmış nizamnamə elektron ərizə formasına əlavə oluna bilər.

    Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasında yalnız təkbaşına icra orqanının rəhbəri, fəaliyyət sahəsi və işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir. Bu halda təsisçi elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

    Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

    Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə daxil edilmiş işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

    Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə "Elektron notariat" informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq yoxlanıldıqdan və "Elektron notariat" informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

    Elektron dövlət qeydiyyatı zamanı ərizədə təsisçi (təsisçilər) fəaliyyət sahəsi, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

    "11.3.3-1. kommersiya qurumlarına münasibətdə bu Qanunun 11.3.1–11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdə tutulanlardan əlavə olaraq, həmçinin:

    11.3.3-1.1. eyni adlı hüquqi şəxs qeydiyyata alınmış olduqda;

    11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə;

    11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin payı olan hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) və ya yerli özünüidarəetmə orqanları ilə əlaqəli olması təəssüratı yaradan söz və ya ifadələrdən istifadə edildikdə;

    11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindən lisenziyalaşdırıldığı və ya digər formada səlahiyyətləndirildiyi barədə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada bilən adlardan istifadə edildikdə;

    11.3.3-1.5. hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;

    11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə;

    11.3.3-1.7. hüquqi şəxsin adında Azərbaycan əlifbasında olan hərflər, rəqəmlər, "nöqtə", "vergül", "dırnaq", "defis" və "nömrə" işarələri istisna olmaqla, digər işarələr və simvollardan istifadə edildikdə;

    11.3.3-1.8. xarici ölkələrdə mövcud olan hüquqi şəxslərin təşkilati-hüquqi formalarını əks etdirən termin və ya qısa adlardan istifadə edildikdə (xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları istisna olmaqla);

    11.3.3-1.9. hüquqi şəxsin adında xarici ölkələrin tam və ya qısaldılmış rəsmi adlarından istifadə edildikdə (xarici investisiyalı qurumlar istisna olmaqla);

    11.3.3-1.10. hüquqi şəxsin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edildikdə;

    11.3.3-1.11. hüquqi şəxsin adında "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər sahəvi qanunları ilə qadağan edilən sözlərdən istifadə edildikdə;

    11.3.3-2. hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialının və ya onların təsisçisinin və ya qanuni təmsilçisinin adı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda;".

    Maddə 2. Keçid müddəa

    Bu Qanunun 1.6.1-ci maddəsinin konsul leqallaşdırılması tələb olunan sənədlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətə başladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyə minir.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur

    12 Noyabr 2025 15:13

    Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib

    12 Noyabr 2025 15:08

    Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib

    12 Noyabr 2025 13:56

    Prezident İlham Əliyev Çinin “China Datang Corporation Ltd.” şirkətinin nümayəndə heyətini qəbul edib

    12 Noyabr 2025 13:52

    Göygölə yeni icra başçısı təyin edilib

    12 Noyabr 2025 13:51

    Prezident İlham Əliyev Naftalan Şəhər İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    12 Noyabr 2025 13:50

    Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    12 Noyabr 2025 13:49

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

    12 Noyabr 2025 13:48

    Prezident İlham Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    12 Noyabr 2025 13:47

    Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    12 Noyabr 2025 13:46

    Prezident İlham Əliyev Göyçay Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    12 Noyabr 2025 13:45

    Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    12 Noyabr 2025 13:21
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    Azərbaycan-Banqladeş ikitərəfli əməkdaşlığı müzakirə edib

    “China Datang Corporation Ltd.” şirkətinin sədri ilə görüş keçirilib

    Tayland sülh müqaviləsini dayandırdıqdan sonra Kambocaya atəş açıb

    Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

    Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalar başladılıb - Ərdoğan

    Şeybani Londona gedərək ikitərəfli məsələləri müzakirə edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.