Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Gürcüstandakı etirazlar haqqında: Yenə də Makronun qulaqları görünür

    18 Dekabr 2024 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir.

    AzerVoice xəbər verir ki, bunu Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.

    Dövlət başçısı bildirib:

    "Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" və "Azadlıq radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün.

    Beləliklə, Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq.

    Yeri gəlmişkən, Borrel haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardınca ona hələ bir-iki siqnal göndərmək istəyirəm. Hərçənd mən COP-da çıxışlarımın birində bu barədə danışmışam, hətta Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib".

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    12 Dekabr 2025 10:45

    Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

    12 Dekabr 2025 00:12

    Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb

    11 Dekabr 2025 15:44

    Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib

    11 Dekabr 2025 15:43

    Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

    11 Dekabr 2025 12:28

    Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur

    11 Dekabr 2025 10:15

    Prezident İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonu təbrik edib

    11 Dekabr 2025 09:19

    Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib

    10 Dekabr 2025 18:55

    Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiq edilib

    10 Dekabr 2025 18:18

    Azərbaycan Biznesinin İnkişafı Fondu Açıq Səhmdar Cəmiyyətinə çevrilib

    10 Dekabr 2025 17:56

    “Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb

    10 Dekabr 2025 17:55

    Prezident İlham Əliyev Rövşən İsmayılovu Ədliyyə Akademiyasına rektor təyin edib

    10 Dekabr 2025 17:54
    Demo
    XƏBƏR LENTİ

    Hüquq Bələdçisi - Mədəni və dini müxtəliflik kontekstində mediasiya: dialoqdan anlaşmaya doğru

    Türkiyə limanları 376 mindən çox yük qəbul edib (ÖZƏL)

    Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub - DTX

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.