Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    7 Dekabr 2025 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Qəzzanın cənubundakı Rəfah istiqamətində fəaliyyət göstərən silahlı qrupların lideri Yasir Əbu Şəbabın öldürülməsi bölgədə yeni gərginlik yaradıb. Onun əsas varisi hesab olunan Qəssan əl-Dəhini HƏMAS-a qarşı müqaviməti davam etdirəcəyini açıqlayıb.

    HƏMAS mənbələri “Əş-Şərq əl-Əvsat”a bildiriblər ki, hərəkat Əbu Şəbabın öldürülməsindən əvvəlcədən xəbərsiz olub və prosesə müdaxilə etməyib. Ekspertlər iddia edirlər ki, Əbu Şəbab kimi şəxslər İsraillə əməkdaşlıqda ittiham olunduğuna görə hərəkat tərəfindən hədəf sayılırdı.

    HƏMAS açıqlamasında onun ölümünü “xalqına xəyanət edən hər kəsin qaçılmaz sonu” adlandırıb, həmçinin onu himayə etməyən qəbilə və ailələri alqışlayıb.

    Qruplaşma liderlərinin açıqlamasına görə, Əbu Şəbab bir ailə münaqişəsini ayırmağa çalışarkən güllələnib. Qrup HƏMAS-ın məsuliyyət daşıdığı iddialarını rədd edib.

    Lakin İsrailin versiyası fərqlidir. Rəsmi Tel-Əviv onun öz mühafizəçiləri tərəfindən vəzifə bölgüsü, maliyyə və İsraillə əməkdaşlıq üstündə yaranmış münaqişə fonunda döyülərək öldürüldüyünü iddia edir. HƏMAS mənbələri bu versiyanı “İsrailin agentlərdən imtina etməsi və onları gözdən salmaq cəhdi” kimi qiymətləndirir.

    HƏMAS daxili mənbələri bildirir ki, Tel-Əviv Əbu Şəbab kimi silahlı qrupları Qəzzada hərəkatın təsirini qırmaq üçün alternativ qüvvə kimi hazırlasa da, bu layihə tamamilə iflasa uğrayıb. Onların iddiasına görə, bu qruplar nə əraziyə nəzarət edə bilib, nə də Fələstin cəmiyyətində parçalanma yarada biliblər.

    “Yediot Ahronot” qəzeti də İsrailin lokal alternativ güc yaratmaq planının çökdüyünü yazıb.

    Əbu Şəbabın ən yaxın adamı olan Qəssan əl-Dəhini yaralı vəziyyətdə Aşkelondakı Barzilai xəstəxanasına aparılıb. O, qısa videosunda Əbu Şəbabın “layihəsini davam etdirəcəyini” deyib və HƏMAS-ın “çox zəif” olduğunu iddia edib.

    Lakin İsrail mediası qeyd edir ki, onun lider kimi sabit mövqeyi yoxdur və qruplaşma daxilində parçalanma dərinləşir.

    Mənbələr bildirir ki, Əbu Şəbabın ölümünə səbəb olan qarşıdurma Debari və Əbu Sənəima qəbilələrinə mənsub iki gənclə bağlı olub. Həmin şəxslər daha sonra Əbu Şababın adamları ilə atışmada öldürülüb.

    #Abu Şababın ölümü Qəzzada güc boşluğu yaratdı — varisi Hamas-a meydan oxuyur #Rəfahda silahlı lider öldürüldü: Hamas və İsrailin ziddiyyətli versiyaları #Qəssan əl-Dəhini: Müqaviməti davam etdirəcəyik #İsrailin alternativ qüvvə planı çökür — Abu Şabab layihəsi uğursuz oldu #Qəzzada daxili silahlı qruplar arasında gizli müharibə dərinləşir #Abu Şabab killing Gaza #Qəzzada silahlı qruplar #Hamas İsrail münasibətləri #Rəfah toqquşmaları #Qəssan əl-Dəhini kimdir #Gaza internal factions
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    7 Dekabr 2025 06:00

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    7 Dekabr 2025 04:00

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    7 Dekabr 2025 02:00

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    6 Dekabr 2025 22:45

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    6 Dekabr 2025 22:07

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    6 Dekabr 2025 21:13

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    6 Dekabr 2025 20:50

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    6 Dekabr 2025 20:35

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    6 Dekabr 2025 20:22

    HƏMAS yalnız etibarlı mülki idarəetmə qurulduqdan sonra silahsızlaşdırıla bilər - Fidan

    6 Dekabr 2025 18:31

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.