Bakı, AzerVoice
İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant arasında Filadelfi dəhlizi məsələsində fikir ayrılığı yaranıb.
AzerVoice xəbər verir ki, Netanyahu Misir-Qəzza sərhədindəki dəhlizin İsrailin təhlükəsizliyi üçün vazkeçilməz olduğunu deyib. Gallant isə bu dəhlizin təhlükəsizlik baxımından bir maneə yaratmadığını bildirib.
İsrailə məxsus Kanal 12-nin məlumatına görə, Qəzzadakı israilli məhbusların ailələri dünən baş nazir Netanyahu və müdafiə naziri Gallant ilə iki ayrı görüş keçirib.
Görüş zamanı iki nazir, Filadelfi dəhlizi haqqında iki ayrı fikir səsləndirib.
Ailələrin ilk görüşü Gallant ilə olub. Gallant sözügedən dəhlizin İsrailə təhlükə törətmədiyini bildirib.
Netanyahu isə ailələrlə görüşdə Qallantın verdiyi açıqlamalara işarə edərək, ordunun bu məsələdəki mövqeyi ilə maraqlanmadığını bildirib.
Baş nazir, "Filadelfiya dəhlizi ilə bağlı tələbimizdən əl çəkməyəcəyik. (Yəhudi) ölsə belə, vaz keçməz" - deyə sözlərinə əlavə edib.
Görüşdən sonra Baş Nazirlikdən verilən açıqlamada, Netanyahunun təhlükəsizlik qurumunun mövqeyi ilə maraqlanmadığını demədiyi bildirilib.
Həmçinin bəyanatda bildiilib ki, Netanyahu İsrailin indi Filadelfi dəhlizindən çəkiləcəyi təqdirdə geri qayıtmasının çətin olacağına və “böyük təzyiq”lə üzləşəcəyinə inanır.
Xatırladaq ki, Netanyahu, İsrail və beynəlxalq ictimaiyyət tərəfindən Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.
Həmçinin Netanyahunun razılaşma təklifinə əlavə etdiyi maddələrin razılaşmanı çətinləşdirdiyi bildirilir.
Qeyd edək ki, Netanyahunun “Filadelfiya dəhlizi”nə İsrailin nəzarətini tələb etməsi danışıqlara ciddi zərər vurub. Netanyahu isə sözügedən tələbindən əl çəkməyəcəyini bildirib.