Bakı, AzerVoice
HƏMAS Fələstində tək iqtidar olduğunu qəbul etməlidir.
AzerVoice xəbər verir ki, bu sözləri Fələstin Xarici İşlər Naziri Riyad Əl-Maliki mətbuata verdiyi açıqlamada bildirib.
Maliki bildirib ki, "HƏMAS vahid Fələstin rəhbərliyinin, vahid Fələstin qanununun və tək qanuni Fələstin ordusunun olması faktını qəbul etməlidir. Əgər fəaliyyət göstərmək istəyirlərsə Fələstində vahid bir iqtidarın olduğunu qəbul etməli və Fələstin Azadlıq Təşkilatının (FAT) himayəsi altına girməlidirlər ".
Xatırladaq ki HƏMAS-ın 7 oktyabr 2023-cü ildə başlatdığı Əqsa Tufanı əməliyyatının ardından İsrailin Qəzza zolağınına etdiyi hücumlar 40 mindən çox fələstinlinin ölümünə, minlərlə fələstinlinin yaralanmasına səbəb olub