Bakı, AzerVoice
İsrail ordusu çərşənbə axşamı Qəzza zolağının cənubundakı şiddətli toqquşmalarda onlarla fələstinli döyüşçünün həlak olması ilə nəticələndiyini açıqlayıb.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, İsrail ordusunun bəyanatında deyilir ki, “İsrail qüvvələri Rəfahın Təl əl-Sultan bölgəsində kəşfiyyat məlumatlarına əsaslanaraq dəqiq əməliyyatlarını davam etdirir”.
Öz növbəsində, Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları, döyüşçülərinin həmin ərazidə əl qumbaraatanlarından istifadə edərək bir binada bir İsrail tankına və əsgərlərinə hücum etdiyini, həmçinin hərbi buldozerə də hücum edildiyini açıqlayıb.
Hafiz Rufizoğlu