Bakı. AzerVoice
İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində Həmas döyüçşülərinin olduğunu göstərən kəşfiyyat məlumatlarını aldıqdan sonra əməliyyata başlayıblar.
AzerVoice xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə İsrail ordusu məlumat verib.
"Qoşunlar həm yerüstü, həm də yeraltı döyüş əməliyyatları aparır, sursat və obyektlər aşkar edilərək məhv edilir", - deyə məlumatda bildirilib.
Bundan əlavə, qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Xan-Yunisdə HƏMAS-ın 30 hədəfinə zərbələr endirib, hücuma məruz qalan hədəflər arasında silah anbarları və Həmas döyüçşülərinin toplaşdığı yerlər də olub.