Bakı, AzerVoice
İran HƏMAS lideri İsmyıl Həniyənin öldürülməsi ilə bağlı iyirmidən çox adamı həbs edib.
AzerVoice xəbər verir ki, bu haqda xarici mətbuat istintaqdan xəbəri olan iki iranlıya istinadən yazır ki, İran Tehranda İsmayıl Haniyənin öldürülməsi ilə bağlı şübhəli bilinən ən azı iyirmi nəfəri həbs edib.
İran HƏMAS lideri İsmyıl Həniyənin öldürülməsinə səbəb olan təhlükəsizlik pozuntusu ilə əlaqədar Tehranda hərbçilərin idarə etdiyi qonaq evində yüksək səviyyəli kəşfiyyat zabitləri, hərbi məmurlar və işçilər də daxil olmaqla iyirmidən çox adamı həbs edib.
Rəsmi Tehran hesab edir ki, Mossadın sui-qəsd komandasının üzvləri hələ də ölkədədir və məqsəd onları həbs etməkdir.
Qeyd edək ki, Teleqraf daha əvvəl xəbər vermişdi ki, Mossad qonaqxanaya partlayıcı yerləşdirməklə sonra onu uzaqdan işə salmaq üçün İran təhlükəsizlik agentlərini əməkdaşlığa cəlb edib, lakin İrandakı Həmas rəsmisi Əl-Ərəbi Əl-Cədid xəbər agentliyinə Həniyəni havadan mərmi ilə hədəf aldığını bildirmişdi.
Həm Yaxın Şərq, həm də İran rəsmiləri ölümcül partlayışın Həniyyənin gəlişindən iki ay əvvəl otağına qoyulmuş bombanın partlaması nəticəsi olduğunu bildiriblər.
İran rəsmiləri və HƏMAS çərşənbə günü deyiblər ki, İsrail sui-qəsdə görə məsuliyyət daşıyır. Həmçinin bu bir neçə ABŞ rəsmisi tərəfindən də ifadə edilib. HƏMAS-ın idarəçiliyini və hərbi imkanlarını məhv edəcəyinə söz verən İsrail bombanın yerləşdirilməsinə görə məsuliyyət daşıdığını etiraf etmir.