Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    HƏMAS hüquqi hesabat hazırlayır

    21 İyun 2024 10:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,VOA

    Həmas Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın 20 mayda üç HƏMAS liderinə qarşı “həbs orderi” müraciətinə cavab olaraq hüquqi hesabat hazırladığını açıqlayıb.

    VOA xəbər verir ki, Xanın müraciətində Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, Qəzzadakı Həmas lideri Yəhya Sinvar və HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd əl-Dayf da olmaqla üç şəxsin həbs olunması nəzərdə tutulur.

    Həmas tərəfindən verilən açıqlamada, rəhbər şəxslərə qarşı irəli sürülən “əsassız” ittihamlara cavab vermək üçün geniş hüquqi hesabat hazırlandığı bildirilib. “Xanın ifadəsi xəta və səhvlərlə dolu idi. O Qəzzada xalqımıza qarşı soyqırım törədən İsrail dövlətinin, eləcə də İordan çayının qərb sahilində və Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərlərinin və israillilərin tərəfini tutur” -deyə açıqlamada deyyilir.

    "Xan ilk addımını 7 oktyabr hücumlarında həlak olan israillilərə və onların ailələrinə başsağlığı verməklə atdı. Onları qəsəbələrdə ziyarət edib dinlədi. Amma hələ də soyqırıma, blokada və aclığa məruz qalan xalqımıza zərrə qədər də olsun empatiya göstərmədi. Qəzzaya edilən hücumlarda ölən və yaralananların sayı 120 mini keçdi. Bundan başqa, Qəzzadakı binaların 70%-dən çoxu dağıdılıb. Xüsusilə səhiyyə və təhsil sektoru hədəf alındı."-deyə açıqlamada bildirilir.

    Həmas tərəfindən verilən açıqlama Xanın iddialarının doğru olmadığını əsaslandırmağa çalışır: "Cənab Baş prokurora xatırlatmaq istərdik ki, İsrail 2006-cı ildən Qəzza zolağında ölümcül mühasirəni davam etdirir və həmçinin son illərdə Qəzzada xalqımıza qarşı 4 dağıdıcı müharibəyə başlayıb. Məhz buna görə BMT-nın Baş Katibi (Antonio Quterres) 7 oktyabr hadisələrinin birdən-birə baş vermədiyini söyləmişdi. Xan 7 oktyabr hadisələri ilə bağlı məlumatı peşəkarlıq və etibardan məhrum, çaşdırıcı İsrail mediasından almışdır. Xan İsrailin sistematik cinsi təcavüz planı ilə bağlı iddialarına inandı, lakin İsrail bununla bağlı bir dənə də olsun dəlil təqdim edə bilmədi. Xanın bu ittihamları hərəkatın liderlərinə aid etməsi dəhşətvericidir."

    #Qəzza #İsrail #Fələstin #HƏMAS #Beynəlxalq Cinayət Məhkəməsi #Kərim Xan #Məhəmməd əl-Dayf
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İndoneziya Qəzzada sülhməramlı əməliyyata 20 min əsgər hazırlayır

    14 Noyabr 2025 17:24

    İraq müharibəsinin başqa bir memarı - Kondoliza Rays kimdir?

    14 Noyabr 2025 12:17

    İordan çayının qərb sahilində məscid yandırıldı

    13 Noyabr 2025 17:17

    Qəzzada 282 mindən çox ev dağıdılıb və ya zərər görüb - BMT

    13 Noyabr 2025 17:05

    Qəzzada atəşkəs dəfələrlə pozulub, lakin hələ də qüvvədədir- Quttereş

    13 Noyabr 2025 09:59

    Türkiyə və Misir Qəzzə ilə bağlı ortaq mesaj yayınlayıb

    12 Noyabr 2025 21:02

    İsrail Qəzzanın şimalında “Zikim” keçid məntəqəsini humanitar yardım üçün açıb

    12 Noyabr 2025 12:19

    Qəzza zolağının infrastrukturunun 85%-i dağıdılıb

    11 Noyabr 2025 10:11

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19
    Demo
    XƏBƏR LENTİ

    Dünyanın ilk qaradərili döyüş pilotu: Əhməd Çelikten kimdir?

    Bu gün Cimmi Karter Pəhləvi ailəsini Vaşinqtonda qonaq etdi

    Tarixdə bu gün –15 Noyabr

    SOCAR və DeGolyer and MacNaughton arasında strateji əməkdaşlıq müzakirə edilib

    Bakı Metropoliteni dünyanın aparıcı metro operatorlarından biri ilə əməkdaşlığa başlayır

    İsrail və Yunanıstan Türkiyəyə qarşı Aşil Qalxanı müdafiə proqramını işə salacaq

    Bakı Media Mərkəzinin dəstəyi ilə VIVANT serialının Azərbaycandakı çəkilişləri uğurla yekunlaşıb

    Səudiyyə Ərəbistanına F-35 satışı Pentaqonda ciddi narahatlıq yaradıb

    Türkiyə şəhid olan hərbçilərini son mənzilə yola salıb

    ABŞ-nin Perdyu Universitetində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.