Bakı. AzerVoice:
Qəzzada ölənlərin sayı 37 mini keçib.
AzerVoice xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyindın məlumat verilib.
Məlumatda İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 84-ə, yaralıların sayının isə 84 min 494-ə yüksəldiyi qeyd edilib.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
Tasnem Ismukhan