Bakı,AzerVoice
İsrail Qəzzaya yardımın girişini “sistemli” şəkildə əngəlləyir,AzerVoice xəbər verir ki,bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) OCHA humanitar agentliyinin sözçüsü Jens Laerke deyib.
Qəzzada aclığın qarşısını almaq hələ də mümkündür – UNRWA
O qeyd edib ki , Qəzzanın şimalında tibbi təxliyə və yardımın çatdırılması demək olar ki, qeyri-mümkündür, cənubda isə bu prosses getdikcə çətinləşir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, şimala planlaşdırılan bütün yardım karvanları son həftələrdə İsrail dövləti tərəfindən rədd edilib., bölgəyə sosnuncu yardım yanvarın 23-də göndərilib.
Qəzzada insanlar heyvan yemlərinin tükənəcəyindən qorxurlar
Vəziyyəti daha da pisləşdirən odur ki, hətta İsrail səlahiyyətliləri ilə əvvəlcədən razılaşdırılmış konvoylar dəfələrlə bloklanıb və ya atəşə tutulub.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Qəzzadakı dağıntılarla fəxr edirəm – İsrailli nazir
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.