Bakı,AzerVoice
Misirin 6 oktyabr 1973-cü ildə İsrailə qarşı Yom Kippur müharibəsi ilə bağlı dərc etdiyi sənədlər İsrail ordusunun dinc əhaliyə qarşı cinayətlər törətdiyini ortaya qoyur.
AzerVoice xəbər verir ki, fevralın 17-də açıqlanan sənədlərlə Misir Müdafiə Nazirliyi Misir və Suriyanın 50 il əvvəl İsrailə qarşı başlatdığı Yom Kippur müharibəsi ilə bağlı gizli hərbi məlumatlar dərc olunub.
Misir ilk dəfə oktyabr müharibəsi haqqında yeni sənədlər dərc edib
Sözügedən məxfi sənədlərin Misirin 1973-cü ildə işğaldan azad etdiyi Sinay yarımadası ilə bağlı son həftələrdə Qahirə ilə Təl-Əviv arasında yaşanan gərginlikdən sonra dərc olunması diqqət çəkir.
İsrailin 2006-cı ildən blokadada saxladığı Qəzza zolağına 7 oktyabr 2023-cü ildən davam edən hücumları və bölgə xalqını Misir sərhədinə doğru köç etməyə məcbur etməsi, Sinay yarımadasında Qahirə ilə Tel-Əviv arasında gərginliyi daha da artırıb.
Misirin dərc etdiyi sənədlərə 200-dən çox hərbi məmurun əlyazma xatirələri, hesabatlar, xəritələr və İsrailin mülki şəxslərə qarşı cinayətlərini sənədləşdirən “təhlükəsizlik planı” adlı sənədlər yayınlanıb.
Misir Müdafiə Nazirliyi sözügedən sənədləri ilk dəfə fevralın 17-də öz internet səhifəsində “1973-cü il oktyabr müharibəsinin sənədləri, müharibənin sirləri” başlığı ilə dərc edib.
2023-cü ilin oktyabrında Yom Kippur müharibəsinin 50-ci ildönümünü qeyd edən Qahirə administrasiyası sənədləri dərc etmə səbəbini açıqlamayıb.
Nasser Ali Hərbi Akademiyasının müşaviri general-mayor Adil əl-Umde, Misirin yerli El-Yevm Es-Sabi adlı qəzetinə verdiyi açıqlamada, bölgədə çox qeyri-sabit bir dövrdə sənədlərin nəşrinin vacibliyinə işarə edib.
O qeyd edib ki, bu sənədlər o günlərin çətin şərtlərinə baxmayaraq, istədiyimiz uğura nail olduğumuzu və bu günlərdə əlimizdə olan imkanlarla istədiyimizə nail ola biləcəyimizi dünyaya xatırladır.