Bakı. AzerVoice:
İsrail BMT-nin Fələstin məsələləri üzrə xüsusi məruzəçisi Francesca Albanese-ə səyahət qadağası elan edib.
AzerVoice xəbər verir ki, İsrail həmçinin fələstinlilərə humanitar yardım göstərən BMT-nin UNRWA təşkilatını ləğv etməyə çalışır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.