Bakı. AzerVoice:
İsrailin Qəzzaya davam edən hücumlarına və ABŞ administrasiyasının İsrailə hərbi dəstəyinə etiraz edən bir qrup nümayişçi "Qəzzada dərhal atəşkəs" tələbi ilə Konqres qarşısında nümayiş keçirib.
AzerVoice xəbər verir ki, 13 nümayişçi polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.