Bakı. AzerVoice:
İsrail ordusu blokadada olan Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindən 646-cı desant briqadasını geri çəkib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusu radiosu məlumat yayıb.
Məlumata əsasən, ordunun Qəzza zolağında yalnız nizami qüvvələrin saxlanmasına çalışdığı bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.