Bakı,AzerVoice
Livanın keçmiş baş nazir və əl-Müstəqbəl Hərəkatının lideri Saad Həriri çərşənbə axşamı Beyrutdakı Evində Amerika səfiri Liza Conson və baş müfti Şeyx Əbdül Lətif Dəryan ilə görüşüb.AzerVoice xəbər verir ki, iki il əvvəl siyasi həyatdan uzaqlaşan Həriri fevralın 14-də atası Rafiq Həririnin və yoldaşlarının ölümünün 19-cu ildönümünə hazırlaşmaq üçün bazar günü gecə Beyruta gəlib.
Həriri 2019-cu ildə ümummilli etirazların başlamasından sonra baş nazir vəzifəsindən istefa vermişdi.